Media və kommunikasiya
Podcastlar, müsahibələr və maarifləndirici video kontent.

Health by Fatima səhiyyə, klinik təcrübə, səhiyyə idarəçiliyi, sağlamlıq siyasəti və innovasiyaları müxtəlif perspektivlərdən işıqlandıran müstəqil media layihəsidir. Həkimləri, səhiyyə rəhbərlərini, tədqiqatçıları və müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirərək peşəkar bilik və təcrübənin daha geniş auditoriyaya çatdırılmasını hədəfləyir.
Missiya
Elmi biliklərin və peşəkar təcrübənin paylaşılmasına, sağlamlıq savadlılığının artırılmasına və səhiyyənin inkişafına dair müzakirələrin genişləndirilməsinə töhfə vermək.
Podcastlar, müsahibələr və maarifləndirici video kontent.
Həkimlərin, tədqiqatçıların və səhiyyə mütəxəssislərinin bilik və təcrübəsi.
Səhiyyə müəssisələri, şirkətlər və digər təşkilatlarla sponsorluq və birgə media layihələri.

İctimai səhiyyə həkimi
Dr. Fatimə Nuriyeva ictimai səhiyyə, səhiyyə sistemləri və siyasəti, tibbi turizm, rəqəmsal səhiyyə və innovasiya istiqamətlərində çalışan ictimai səhiyyə mütəxəssisidir.
Health by Fatima layihəsinin qurucusu və aparıcısı olaraq klinik təcrübəni, səhiyyə idarəçiliyini, maliyyəni, texnologiyanı və səhiyyənin gələcəyini formalaşdıran digər istiqamətləri təmsil edən mütəxəssisləri vahid media platformasında bir araya gətirir. Layihənin məqsədi səhiyyəyə 360° yanaşma təqdim etmək, ekspert biliklərini daha geniş auditoriyaya çatdırmaq və müxtəlif sahələr arasında peşəkar dialoqu təşviq etməkdir.